Seçki xəbərləri
Uğurlar davamlı, inam tükənməzdir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Balakən rayonu Tülü bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını bildirib.
Görüşdə çıxış edən seçki qərargahının üzvü Rəşid Musayev və Akif Mirzəyev Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını qeyd edərək, seçiciləri partiya tərəfindən namizədliyi irəli sürülmüş şəxslərə səs verməyə dəvət ediblər.
Görüş zamanı seçicilər bələdiyyə seçkilərində ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.