Seçki xəbərləri
Pirallahıda YAP-ın namizədləri məhəlli görüşləri keçiriblər
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Pirallahı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirib.
Görüşlərdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Röyal Sarıməmmədov və Vəfa Dəryahquliyeva ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən söz açıblar. Namizədlər, həmçinin Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını vurğulayıblar. Onlar bu seçkilərdə də YAP-ın uğur qazancağına şübhə etmədiklərini söyləyiblər.
Seçicilər isə yanvarın 29-da seçki məntəqələrinə gələrək YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
Qeyd edək ki, görüşdə partiyanın seçki proqramı da seçicilərə təqdim olunub.