YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

İnkişaf siyasəti

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lənkəran rayonu Nərimanabad, Haftoni bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndələri Əlövsət Qurbanov və Sitarə Babayeva ölkəmizdə bələdiyyə institutunun inkişafı istiqamətində görülən işlər və prioritet hədəflərdən bəhs ediblər.  Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanunun əhəmiyyətindən söz açan natiqlər bildiriblər ki, əsas məqsəd bələdiyyələrin fəaliyyətinin səmərəliliyini artırmaqdır.

Seçki qərargahının üzvləri Ələkbər Əliyev, Ulduz Abdullayeva və bələdiyyə üzvlüyünə namizədlər Rövşən Zeynalov, Şəhla Talibi, Rauf Nəsirov seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və partiya tərəfindən irəli sürülən namizədlərə səs verməyə çağırıblar.

Seçicilər qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, Separadi, Sütəmurdov, Şürük və Kərgəlan bələdiyyələri üzrə namizədlərin seçicilərlə ayrı-ayrı ərazilərdə görüşləri də keçirilib.