Seçki-2024
Yeni zəfərlər üçün
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağcabədi rayonu, Sarıcalı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi Elşən Səfərov Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə bələdiyyələrin rolundan bəhs edib. Onun sözlərinə görə, bələdiyyə idarəçiliyinin təşkili sahəsəndə həyata keçirilən məqsədyönlü tədbirlər gələcəkdə onların səmərəli fəaliyyətinə əsaslı şərait yaradacaq.
Bələdiyyə üzvlüyünə namizədlər Ələsgər Məmmədov, İlham Seyfullayev, Nizami Hacıyev, Ruslan Əhmədov və Çingiz İsmayılzadə çıxış edərək əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması naminə qarşıda mühüm vəzifələr dayandığını bildiriblər.
Görüşlər zamanı çıxış edən seçicilər Nəriman Nərimanov, Rəfail Adilov, Pənah Məmmədov, Yasin Sadıqov, Sahib Əliyev və digərləri YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində ən layiqli namizədlərinə səs verəcəklərini bildiriblər.