Seçki-2024
YAP Azərbaycanı daha işıqlı sabahlara səsləyir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Füzuli rayonu Bala Bəhmənli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə növbəti görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva Yeni Azərbaycan Partiyasının məqsədyönlü fəaliyyətinin xalq tərəfindən həmişə dəstəkləndiyini deyib. Onun sözlərinə görə, Azərbaycanın uğurlu inkişafı məqsədyönlü siyasətin alternativinin olmadığını təsdiqləyir.
Seçki qərargahının üzvləri Gülüzə Cəfərova, Zöhrə Aslanova, bələdiyyə üzvlüyünə namizədlər Hüseyn Əliyev, Rövşən Hüseynov, Ziya Məmmədov, Dünya Rüstəmli Yeni Azərbaycan Partiyasının bundan sonra da xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə layiqli töhfələr verəcəyinə əminliklərini ifadə ediblər.
Çıxış edənlər seçiciləri 29 yanvarda seçki məntəqələrinə gedərək fəal iştirak etməyə və ən layiqli namizədlərə səs verməyə çağırıblar.
Seçicilər Nəriman Mirzəyev, Veysəl Babayev və başqaları çıxış edərək YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, həmin gün bələdiyyə üzvlüyünə namizədlərin seçicilərlə məhəllə görüşləri də keçirilib.