YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Xalqın partiyaya olan inamı daha da artır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəmkir rayonu Zəyəm bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev ölkəmizin əldə etdiyi uğurlarda YAP-ın müstəsna xidmətlərinin olduğunu vurğulayıb. O qeyd edib ki, bələdiyyə institutu yerli özünüidarəetmənin təməlini təşkil edərək cəmiyyətin inkişafında mühüm rol oynayır. 

Təşviqat qrupunun üzvləri Məmməd Qasımov, Bəxtiyar Əhmədov və bələdiyyə üzvlüyünə namizədlər Süleyman Tağıyev, Etibar Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı şanlı Zəfərdən və son illər ərzində əldə olunan uğurlardan bəhs ediblər. Bildirilib ki, Prezident, YAP Sədri İlham Əliyevin yürütdüyü siyasət xalqın partiyaya olan inamını daha da artırır.

Seçicilər ümumxalq partiyası olan YAP-ın namizədlərinə etimad göstərəcəklərini vurğulayıblar.