YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Böyük yola davam

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ucar rayonu Boyat və Lək bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

Əvvəlcə Xələc və Lək kəndlərində Şəhidlərin xatirə lövhəsi ziyarət olunub.

Görüşlərdə çıxış edən YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva Azərbaycanın sabitlik və təhlükəsizlik adası kimi tanındığını, ölkədə həmrəylik və xalq-iqtidar birliyinin nəticəsi olaraq böyük inkişafın əldə edildiyini deyib. Ş.Abdullayeva YAP-ın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını, partiyanın növbəti bələdiyyə seçkilərində də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.

Təşviqat qrupunun üzvü Sevda Abdullayeva, Boyat bələdiyyəsi üzvlüyünə namizədlər Əlinüsrət Rəhimov, Zöhrab Zülfüqarov, Anar Niftəliyev, Taliyə Rəhimova, Məhparə Hüseynova, Lək bələdiyyəsi üzvlüyünə namizədlər Ağamirzə Ağayev, Hikmət Novruzov, Ruxsarə Kərimova çıxışlarında Azərbaycanın ən inkişaf etmiş dövrünü yaşadığını qeyd ediblər. Bildirilib ki, Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı istiqamətində dinamik fəaliyyət həyata keçirilir.

Seçicilər Gülbəs Mirzəliyeva, Səridə Tağıyeva, Səidə İsmayılova, Rəfail Cəbrayılov uğurlarımızın davamı naminə bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini və ən layiqli namizədlərə səs verəcəklərini deyiblər.