Seçki-2024
YAP qalib olacaq!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xəzər rayonu Buzovna bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov YAP-ın ölkəmizin inkişafı istiqamətində önəmli işlər gördüyünü və mühüm nailiyyətlərə imza atdığını vurğulayıb. Onun sözlərinə görə, regionun ən monolit təşkilatı olan YAP-ın adı Ulu Öndər Heydər Əliyevlə bağlıdır. Daha sonra rayon təşkilatının sədr müavini yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradıldığını bildirib.
Təşviqat qrupunun üzvləri Soltan Əlizadə, Əzizağa Əliyev, Şəhriyar Salami və bələdiyyə üzvlüyünə namizədlər Əfrasiyab Əmirov, Təbriz Ağayev ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb və qarşıda dayanan hədəflərdən danışıblar.
Seçicilər “Seçimimiz YAP namizədləridir” deyərək YAP-ın fəaliyyətini dəstəkləyiblər.