YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

Növbəti qələbəyə doğru əmin addımlarla

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Babək rayonu Sirab bələdiyyəsi üzrə Zeynəddin, Kültəpə və Kərimbəyli kəndlərindən olan Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov bələdiyyələrə verilən səlahiyyətlərin genişləndirilməsi, cəmiyyətdə daha güclü sosial əlaqələrin qurulmasına zəmin yaratdığını vurğulayıb. Həmçinin bələdiyyə qurumlarının rolunun daha da artacağı, yerli səviyyədə daha çox infrastruktur layihələrinin həyata keçiriləcəyini qeyd edib.

Çıxış edən seçki qərargahının üzvü Elvin Əliyev, partiya fəalı Sübhan Əliyev, bələdiyyə üzvlüyünə namizədlər Elvin Məhərrəmov və Nadir Nuriyev çıxış edərək bələdiyyə seçkilərində əhalini seçkidə fəal iştirak etməyə və YAP tərəfindən irəli sürülən namizədlərə səs verməyə çağırıblar.

Qeyd edək ki, Qahab bələdiyyəsindən namizəd olan Məmmədhəsən Əsgərov, Babək bələdiyyəsindən namizəd Cabbar Cəlilov məhəllə görüşləri keçiriblər.

Həmçinin, Nehrəm bələdiyyəsindən namizəd Zahid  Əhmədalıyevin məhəllə görüşləri keçirilib.