YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Müstəqilliyimiz əbədidir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Quba rayonunun Amsar, Söhüb, Vladimirovka, Çiçi-Zərqava, Qəçrəş, Qonaqkənd, Vəlvələ, Birinci Nügədi, İkinci Nügədi bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib. 

Görüşlərdə çıxış edən namizədlər Həsən Seyidov, Nəriman Paşayev, Varlıq Şıxbalayev, Tahirmirzə Məmmədov, Firuz Əhmədov və digərləri Yeni Azərbaycan Partiyasının yarandığı gündən indiyədək iştirak etdiyi bütün seçkilərdə xalqın dəstəyi ilə qalib gəldiyini ifadə edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

Görüş zamanı seçicilər 29 yanvar tarixində keçiriləcək bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini əminliklə vurğulayıblar.