YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

İslahatların daimi aparılması əsas çağırışlardandır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yardımlı rayonu Şəfəqli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Yardımlı rayon təşkilatının məsləhətçisi Şaiq Zaidli bildirib ki, bələdiyyə seçkiləri ölkəmizdə böyük bir siyasi kampaniyadır. O, seçiciləri bu seçkilərdə fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş Əli Əliyev və Səbuhi Ağayev bildiriblər ki, bələdiyyə islahatları yerli idarəetmənin təkmilləşdirilməsi, vətəndaşların iştirakının artırılması və şəffaflığın təmin edilməsi məqsədini daşıyır. Qeyd olunub ki, bələdiyyələrin daha səmərəli fəaliyyət göstərməsi üçün yeni qanunvericilik təşəbbüsləri irəli sürülür. Bu dəyişikliklər, eyni zamanda, yerli səviyyədə iqtisadi inkişafın təşviqi və sosial xidmətlərin keyfiyyətinin artırılması üçün əhəmiyyətlidir.

Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.