Seçki-2024
Saatlı seçicilərinin seçimi bəllidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Saatlı rayonu, Qara Nuru və Azadkənd bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə planlı, düşünülmüş və mütəşəkkil formada regional siyasətin həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafını əhəmiyyətli dərəcədə sürətləndirib, demokratik proseslərə güclü təkan verib. E.Əzizov Azərbaycanda bələdiyyə institutunun son illərdə böyük inkişaf yolu keçdiyini vurğulayıb.
Seçki qərargahının üzvləri Vüsalə Tağıyeva və Nuhəli Kərimov bələdiyyə üzvlüyünə namizədlər Nəbi Dursunov, Azər Məhərrəmov və İlqar Əmənov çıxışlarında Azərbaycanın yerli özünüidarəetmə orqanları olan bələdiyyələr ölkəmizdə aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir.
Qeyd edək ki, Dədə Qorqud bələdiyyə üzvlüyünə namizəd Samir Ağayev isə seçkiqabağı təşviqat kampaniyası çərçivəsində şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib.