YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP bu seçkilərdə uğur qazanacaq

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qəbələ rayonu Qəbələ bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov YAP-ın ölkəmizin ictimai-siyasi həyatındakı aparıcı rolundan danışaraq Azərbaycan dövlətinin qurulmasında, xalqın rifahının ildən-ilə yüksəlməsində YAP-ın əvəzolunmaz xidmətləri olduğunu qeyd edib. Onun sözlərinə görə, Prezident, partiya Sədri İlham Əliyevin vurğuladığı kimi, artıq YAP Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir. Abil Ağasəfov əminliklə vurğulayıb ki, 29 yanvar 2025-ci il tarixdə keçiriləcək bələdiyyə seçkilərində xalqımız YAP-ın namizədlərini dəstəkləyəcək və partiyamız bu seçkilərdə də növbəti möhtəşəm uğurunu qazanacaq.

Seçki qərargahının üzvləri Esmira Əsədova, Mehman İsmayılov və bələdiyyə üzvlüyünə namizədlər Ramin Əliyev, Xəyalə Qayıbxanlı, Aynurə Qurbanova, Türkan Cabbarlı seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə, YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Qeyd edək ki, Soltannuxa, Hacıalılı, Yenikənd, Yeni Dizaxlı, Nohurqışlaq və Mıxlıqovaq bələdiyyələri üzrə YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.