Seçki xəbərləri
Ölkənin rifahı naminə
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Göyçay rayonu İnçə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov bildirib ki, YAP üzvlərinin bələdiyyələrdəki fəaliyyətləri yalnız partiyanın gücünü deyil, eyni zamanda ölkənin yerli idarəetmə sisteminin inkişafını da təmin edir.
Qeyd olunub ki, sosial-iqtisadi sektor üzrə regionların davamlı inkişafının təmin edilməsi qarşıya qoyulan hədəflərdən biridir. Ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi, Göyçay rayonunda da bu istiqamətdə geniş tədbirlər həyata keçirilib.
Bələdiyyə üzvlüyünə namizədlər Şərafəddin Quliyev, Bəhmən İmranov seçiciləri 29 yanvarda fəallıq göstərərək layiqli namizədlərə səs verməyə səsləyiblər.
Seçicilər Nazim Əzizov, Nizami Hüseynov və digərləri YAP-ın ölkənin rifahı naminə fəaliyyətini hər sahədə hiss etdiklərini, bələdiyyə seçkilərində partiya namizədlərini dəstəkləyəcəklərini deyiblər.