Seçki xəbərləri
Yenə də Yeni Azərbaycan Partiyası!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tovuz rayonu Çatax və Böyük Qışlaq bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Qərargah üzvü İlqar Kərimov bildirib ki, bələdiyyələrin səmərəli fəaliyyəti yalnız onların xidmətlərinin keyfiyyətini yüksəltmək deyil, həm də əhalinin gündəlik həyatını asanlaşdırmağa imkan verir. Bu, Yeni Azərbaycan Partiyasının yerli idarəetmə sahəsindəki uğurlu siyasətini və davamlı inkişaf istiqamətini göstərir.
Tədbirdə bələdiyyə üzvlüyünə namizəd Sabir Ayvazov YAP-ın bələdiyyə seçkiləri ilə əlaqədar seçki kampaniyasının əsaslarını diqqətə çatdıraraq, seçiciləri seçki günündə mütəşəkkil qaydada iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.