Seçki xəbərləri
Zəngin və şərəfli inkişaf yolu
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gəncə şəhəri, Kəpəz bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Gəncə şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Bayram Aslanov ölkə Prezenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bu gün Azərbaycanın dünyanın ən sabit, inkişaf etmiş və insanların təhlükəsiz şəraitdə yaşadığı ölkələrindən birinə çevrildiyindən danışıb, seçiciləri 29 yanvar bələdiyyə seçkilərində fəal olmağa, layiqli namizədlərə səs verməyə çağırıb.
Seçki qərargahının üzvü Asif Həsənov, bələdiyyə üzvlüyünə namizədlər Ülfət Əhmədov və Türkan Əhmədova çıxış edərək, zəngin və şərəfli inkişaf yol keçən Yeni Azərbaycan Partiyasının yeni qələbələrə müvəffəq olmaq gücündə olduğunu qeyd ediblər. Onlar seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Gəncə seçiciləri namizədlərə uğurlar diləyib, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini söyləyiblər.
Qeyd edək ki, Kəpəz bələdiyyəsi üzrə YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.