YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Uğurlu yolun davamı

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zaqatala rayonu Əliabad və Mosul-Yengiyan bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Zaqatala rayon rayon təşkilatının sədri Fərid Ramazanov çıxışında Yeni Azərbaycan Partiyasının Azərbaycanın dövlətçilik tarixində mühüm yerə malik olduğunu deyib. O, bu gün Azərbaycanın dünyada sabitlik və təhlükəsizlik adası kimi tanındığını diqqətə çatdırıb. Daha sonra ölkədə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri barədə məlumat verilib.  

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Tahir Məmmədov, Murad Nəzirov və bələdiyyə üzvlüyünə namizədlər Eldəniz Vəliyev, Elçin Alasiyev bələdiyyələrin inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar.

Seçicilər də çıxışlarında 29 yanvar seçkilərində fəal olacaqlarını və YAP-ın namizədlərinə səs verəcəklərini ifadə ediblər.