Seçki xəbərləri
“Dinamik inkişafa səs verəcəyik!”
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Masallı rayonu Hişkədərə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev YAP-ın ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolundan və misilsiz xidmətlərindən danışıb. O, seçicilərə namizədlər haqqında məlumat verib.
Seçki qərargahının üzvləri Əntiqə Tağıyeva, Həsən Hüseynov, bələdiyyə üzvlüyünə namizədlər İradə Ağayeva, Eldəniz Məmmədov, Əfsər Qənbərov, Eyvaz İmaməliyev seçiciləri Azərbaycan vətəndaşlarının yüksək rifahı naminə ümumxalq partiyası olan YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər Sadıq Məmmədov, Firəngiz Qənbərova, Aslan Məhərrəmov və başqaları çıxış edərək Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini, 29 yanvar bələdiyyə seçkilərində dinamik inkişafa - YAP namizədlərinə səs verəcəklərini bildiriblər.