YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Gücünü xalqdan alan partiya

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağstafa rayonu, Poylu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Seçki qərargahının üzvü Tağı İmamverdiyev, təşviqat qrupunun üzvü Xatirə Həsənova və bələdiyyə üzvlüyünə namizədlər Alı Məmmədov, Azər İbrahimov, Seyranə Orucova çıxış edərək bütün seçiciləri seçkilərdə fəal iştirak etməyə və layiqli namizədlərə səs verməyə çağırıblar.

Seçicilər  Pərvanə Qayıbova, Reyhan Əhmədova qalib Azərbaycanla qürur duyduqlarını və milli maraqlara xidmət edən Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədləri dəstəkləyəcəklərini bildiriblər.

Qeyd edək ki,  Ağstafa rayonunun Poylu və Dağ Kəsəmən bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri də baş tutub.