Seçki-2024
Yeni reallıqlar rifah, inkişaf və qələbələr vəd edir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Goranboy rayonu, Dəliməmmədli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qarşıda duran bir çox milli hədəflərin reallaşmasını təmin etdiyini bildirib: “Yeni reallıqlar ölkəmizə rifah, inkişaf və qələbələr vəd edir”.
Ölkəmizdə növbəti bələdiyyə seçkilərinin yeni dönəmin mühüm çağırışları fonunda keçirildiyini söyləyən S.Qocayev “Xalqımız Yeni Azərbaycan Partiyasını dəstəkləyir. Bələdiyyə seçkilərinin nəticələri bu gerçəkliyin daha bir bariz nümunəsi olacaq”, - deyə vurğulayıb.
Təşviqat qrupunun üzvləri Rahinə Məmmədova və Ürfət Həsənov YAP-ın seçki proqramı barədə ətraflı məlumat veriblər. Onlar Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində növbəti qələbə qazanmaq əzmində olduğunu bildirərək seçiciləri xalqımızın mənafeyi naminə partiyanın namizədlərinə səs verməyə çağırıblar.