YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

Astara seçiciləri parlaq gələcəyə səs verir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Astara rayonu Kijəbə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov bildirib ki, yerli özünüidarəetmə orqanlarının gücləndirilməsi və bu sahədəki təcrübənin yayılması yalnız bələdiyyələrin səmərəliliyini artırmaqla kifayətlənmir, eyni zamanda cəmiyyətin inkişafına müsbət təsir göstərir. Rayon təşkilatının sədri bildirib ki, dövlət-bələdiyyə-özəl tərəfdaşlığının gücləndirilməsi ilə yerli icmaların sosial-iqtisadi inkişafı daha sürətli həyata keçirilə bilər. Bu yanaşma, bələdiyyələrin sosial məsuliyyətini artıraraq, vətəndaşların idarəetmə proseslərinə aktiv cəlb edilməsini təmin edir.

Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Nicat Qafarov və Rakim Zeydullazadə seçki proqramı haqqında ətraflı məlumat verərək seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.

Seçicilər adından çıxış edən Əsəd Eynəliyev YAP-ın fəaliyyətini dəstəklədiklərini vurğulayıb, 29 yanvarda seçki məntəqələrinə gedərək partiya namizədlərinə səs verəcəklərini deyib.

Qeyd edək ki, Astara rayonu Kijəbə bələdiyyəsi üzrə namizədlər Rakim Zeydullazadə və Nicat Qafarov, Ərçivan bələdiyyəsi üzrə namizəd Mehman Quliyevin seçicilərlə məhəllə görüşləri də keçirilib.