YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP - qalib ölkənin lider partiyası

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tərtər rayon Seydimli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin gənc  seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov son illər ölkəmizdə aparılan islahatlardan, partiyanın dövlətimizin inkişafına verdiyi mühüm töhfələrdən danışıb. E.Əsədov diqqətə çatdırıb ki, Tərtər gəncləri ölkədə gedən ictimai-siyasi proseslərdə öz fəallıqları ilə seçilirlər.

YAP Tərtər rayon təşkilatının qərargah üzvü Azər Ağayev Azərbaycanın hüquqi, dünyəvi və demokratik dövlət kimi inamla inkişaf etdiyini vurğulayıb.  O, ölkəmizdəki sabitlik və təhlükəsizlik mühitinin əhəmiyyətini vurğulayaraq bu amilin milli tərəqqidə mühüm rol oynadığını diqqətə çatdırıb. A.Ağayev YAP-ın seçki proqramı haqqında məlumat verib, seçiciləri seçkilərdə fəal iştiraka çağırıb.

Görüşdə bələdiyyə üzvlüyünə namizəd İslam Kərimov çıxış edərək bələdiyyə sahəsində görülən işlərdən, əhalinin rifah halının yaxşılaşdırılması naminə həyata keçirilən tədbirlərdən bəhs edib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığı, hər zaman öndə getdiyi əminliklə qeyd edilib.

Gənclər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Sonra gənc seçicilərin sualları cavablandırılıb. Gənclər YAP tərəfindən irəli sürülmüş namizədlərə uğurlar arzulayıblar.

Qeyd edək ki, Tərtər və Səhləbad bələdiyyələri üzrə YAP-ın namizədləri məhəllə görüşləri də keçiriblər.