Seçki-2024
YAP öz əməli fəaliyyəti ilə xalqın böyük rəğbətini qazanıb
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sədərək rayonu, Dəmirçi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin Zəfər zirvəsinə yüksəldiyini və yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyib. Yeni Azərbaycan Partiyasının qarşıda duran vəzifələri uğurla həyata keçirərək Azərbaycanın tərəqqisində müstəsna rol oynadığını söyləyən A.Qasımov “Şübhə yoxdur ki, xalqımız digər seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasına qətiyyətli dəstəyini ifadə edəcək”, - deyə vurğulayıb.
Seçki qərargahının üzvü Sirac Qarayev, bələdiyyə üzvlüyünə namizədlər Məhəmməd Nəcəfov, Əli Cəlilov və Fariz Məmmədov YAP-ın seçki proqramı ilə əlaqədar məlumat veriblər. Onlar Yeni Azərbaycan Partiyasının öz əməli fəaliyyəti ilə xalqın böyük rəğbətini qazandığını qeyd ediblər.
Seçicilər Emin Məhərrəmov, Türkanə Vəliyeva, Çinarə Həsənova və digərləri YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.