YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Xalqın maraqlarına əsaslanan siyasət

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qobustan rayonu, Ərəbşalbaş bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Təklə kəndində seçicilərlə görüşü keçirilib.

YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov bildirib ki, bələdiyyələr vətəndaşların yerli məsələlərə təsir imkanlarını artıran və demokratiyanın inkişafına töhfə verən mühüm qurumlardır. Bələdiyyə orqanları cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarını nəzərə alaraq qərarların qəbul edilməsinə şərait yaradır və beləliklə, yerli  demokratiyanın möhkəmlənməsinə xidmət edir.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Şıxbala Bayramov, Vüqar Hüseynov, bələdiyyə üzvlüyünə namizədlər Heydar Qaçayev YAP-ın seçki proqramında yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması məqsədilə islahatların nəzərdə tutulduğunu deyiblər. Bu da bələdiyyələrin daha səmərəli fəaliyyət göstərməsinə imkan yaradacaq.

Seçicilərdən Gülbala Bayramov, Təvəkkül Cəbrayılov və Vidadi İmanverdiyev bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.