YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Samux seçiciləri YAP-ın namizədlərini dəstəkləyir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Samux rayonu Qaraağaclı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

Görüşlər zamanı çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin ölkəmizin sosial-iqtisadi inkişafını təmin etdiyini bildirib. Azərbaycanın əldə etdiyi uğurlardan, o cümlədən sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərdən danışan rayon təşkilatının sədri bildirib ki, bu nailiyyətlərin əsasında müasir müstəqil Azərbaycanın qurucusu, YAP-ın yaradıcısı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır. Həyata keçirilən siyasətin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan Cənubi Qafqazda lider, dünyada qüdrətli dövlət kimi tanınır.

Gündüz Bayramov partiyanın seçki proqramı haqqında da ətraflı məlumat verib. 

Görüşlərdə bələdiyyə üzvlüyünə namizədlər Sərxan Kazımov, Nicat Musayev çıxış edərək seçiciləri seçkilərdə fəal iştirak etməyə və YAP namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində bu partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.