YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

Gənclərin seçimi bəllidir!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Xızı rayon təşkilatının qərargahında partiyanın namizədlərinin gənc seçicilərlə görüşü keçirilib.

YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev qeyd edib ki, Azərbaycan dövləti uğurlu gənclər siyasəti həyata keçirir. Onun sözlərinə görə, Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində layiqincə təmsil olunaraq mühüm nailiyyətlərə imza atırlar.

Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, Prezident İlham Əliyev gəncliyin inkişafına xüsusi diqqət göstərməklə Azərbaycanın parlaq gələcəyini inşa edir. “Bu siyasət mütərəqqi düşüncəli, intellektual, möhkəm əqidəli və zəngin mənəviyyatlı Azərbaycan gəncliyinin formalaşması və inkişafına hədəflənib”, - deyən millət vəkili gənc seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıb.

Bələdiyyə üzvlüyünə namizədlər Əziz Məmmədov və Yaxşıxanım Qasımova YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər. Onlar Azərbaycan gəncliyinin seçiminin Yeni Azərbaycan Partiyası olduğunu vurğulayaraq seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.