Seçki-2024
Qüdrətli Azərbaycan naminə!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Siyəzən rayonunun Yenikənd bələdiyyəsi üzrə Yenikənd, Tağay kənd və Gilgilçay qəsəbə seçiciləri ilə görüş keçirilib.
YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev YAP-ın seçki proqramı haqqında ətraflıməlumat verib. O, Azərbaycan dövləti tərəfindən yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığı xüsusi olaraq qeyd edib.
Daha sonra çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Yadulla Ələkbərov və Fikrət Əliyev seçiciləri qarşıdan gələn seçkilərdə fəal iştirak edərək qalib və qüdrətli Azərbaycan naminə ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.