YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

Hər bir uğuru şərtləndirən mühüm amillər mövuddur

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qusar rayonu, Hil  bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov görüşdə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin ölkəmizin sosial-iqtisadi inkişafını təmin etdiyini bildirib. Təşkilatın sədri qarşıdan gələn bələdiyyə seçkilərinin önəmindən danışmaqla yanaşı, YAP-ın namizədləri barədə seçicilərə məlumat verib. Bildirilib ki, növbəti bələdiyyə seçkilərində iştirak edən partiyamız bu dəfə də seçicilərin dəstəyi ilə qarşısına qoyduğu hədəflərə çatacaq.

Görüşdə çıxış edən seçki qərargahının üzvü Bəhruz Ramazanov və  bələdiyyə üzvlüyünə namizəd İlham Vələdov görüş iştirakçılarını seçkilərdə fəal iştirak edərək YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər Amik Həsənəliyev, Ruslan Mustafayev və başqaları bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini, YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.