Seçki-2024
Yeni Azərbaycan reallıqları…
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu, Lənbəran və Mirzəxan-Qaraqoyunlu bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti ilə Azərbaycanın regionda və dünyada nüfuzu daha da artıb. Təşkilat sədri çıxışında müzəffər Liderimizin Azərbaycana hər sahədə qazandırdığı uğurların xalqımızın gələcəyə olan inamını və qürurunu daha da gücləndirdiyini vurğulayıb.
Görüşlərdə çıxış edən seçki qərargahının üzvü Elməddin Əsgərxanov, bələdiyyə üzvlüyünə namizədlər Qaraş Hacıyev, Zəhra Quliyeva, Əlzamin Almuradov və Güllər Şükürova aparılan islahatların bələdiyyələrin fəaliyyətinin daha səmərəli olmasını təmin etdiyini qeyd ediblər.
Seçicilər adından danışan Əkrəm Əfəndiyev, Əsli Rəhimli və Samir Mikayılov YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.