Seçki-2024
Lerik seçiciləri YAP-ıın namizədlərinə səs verəcək
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lerik rayonu Qosmalian bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü çıxış edən YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət etdiyini bildirib. O, həmçinin bildirib ki, bu gün Ulu Öndərin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynayıblar.
Tədbirdə çıxış edən seçki qərargahının üzvüləri Əlican Həsənov, Elman Rəcəbov, Veysəl Məlikov, bələdiyyə üzvlüyünə namizədlər Fidan İbadova, Ziyafət Mirzəyev, Rəşad Hüseynov və digərləri çıxış edərək YAP-ın seçki proqramından söz açıblar. Bildiriblər ki, YAP hər zaman ölkədə keçirilən seçkilərdə qələbə qazanıb. Bu, xalqımızın Ümummilli Lider Heydər Əliyev siyasi kursuna sevgisindən və YAP-ın xalqın partiyası olmasından irəli gəlir.
Qeyd edək ki, YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədovun, seçki qərargahının üzvüləri Elman Rəcəbovun, Veysəl Məlikovun iştirakı ilə Çayrud bələdiyyəsi üzrə namizədlər Hafiz Nəzərov, Muğdad Şahpələngov, Əliabad bələdiyyəsi üzrə namizəd Rövşən Dadiyev, Vizəzəmin bələdiyyəsi üzrə namizəd Samir Məmmədov ərazilərdə seçicilərlə məhəllə görüşləri də keçiriblər.
Bütün görüşlərdə çıxış edən seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.