YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qəbələdə seçicilərlə görüş keçirilib

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qəbələ rayonu Hacıalılı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədr müavini Anar Şirinov ölkəmizdə alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının əvvəlki seçkilərdə olduğu kimi bələdiyyə seçkilərində də qalib gəlmək əzmində olduğunu vurğulayıb, namizədlərə uğurlar arzulayıb.

Seçki qərargahının üzvləri Tofiq Şükürov, Şahid Fətullayev və bələdiyyə üzvlüyünə namizədlər Bayram Gözəlov, Hicran Yusifov, Yusif Şirinov və Arzu Qədirov yeni qələbələrin təmin olunması üçün Azərbaycan xalqının 29 yanvar bələdiyyə seçkilərində öz səsvermə hüquqlarından yararlanaraq YAP namizədlərini dəstəkləyəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Vəndam, Nic, Yenikənd, Yeni Dizaxlı, Zarağan və Cığatelli bələdiyyələri üzrə YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.