YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni qələbələr üçün

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şabran rayonu Gəndov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri barədə məlumat verib.

Görüşdə çıxış edən seçki qərargahının üzvü Təvəkgül Əliyev, bələdiyyə üzvlüyünə namizədlər Rəşad Məmmədov, Vüsal Rüstəmov və Niyaməddin Hacıyev ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Onlar seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Görüş zamanı seçicilər bələdiyyə seçkilərində partiyamızın namizədlərinə səs verəcəklərini vurğulayıblar.