Seçki xəbərləri
YAP ən güclü siyasi partiya olaraq bu seçkilərin də favoritidir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Beyləqan rayon Yeni Mil bələdiyyəsi, Birinci Aşıqlı bələdiyyəsi və Qəhrəmanlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Beyləqan rayon Yuxarı Aran, Mayak qəsəbələrində və Allahyarlı kəndində seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildrib ki, seçkilərdə iştirak hər bir siyasi partiya üçün çox vacibdir. YAP ən güclü siyasi partiya olaraq bu seçkilərin də favoritidir.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri Əlikərəm Allahyarov və bələdiyyə üzvlüyünə namizədlər Loğman Abbasov, Etibar Tağıyev, Ərşad Hüseynov, Əhməd Məmmədov, Füzuli İmanov və Tehran Sadıqov seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.
Görüşlər zamanı seçicilər Alim Məmmədov və Ramil Əliyev YAP-nın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.