YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni reallıqlar fonunda

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Mingəçevir şəhəri, Mingəçevir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri haqda məlumat verib.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Rizvan Mikayıllı, Xurşud Zamanova, Pərviz Məmmədov və bələdiyyə üzvlüyünə namizədlər Gültəkin Nəzərova, Anar Umudəliyev, Ruslan Seyidov. Mahnur Ömərova, Gülnarə Dadaşova, Gülnar Hidayətova, Anar İsmayılov, Ədalət Quliyeva və Nargilə Kərimova yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar.

Bildirilib ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri də öz fəaliyyətlərini məhz bu hədəflər istiqamətində quracaqlar.

Görüşlər zamanı seçicilər bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.