Seçki xəbərləri
Mingəçevirlilərin seçimi dəyişməzdir!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Mingəçevir şəhəri, Mingəçevir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində bütün sahələr üzrə sürətli inkişafa nail olunduğunu deyib. Azərbaycanda bələdiyyələrin inkişaf perspektivlərindən danışan B.Mustafayev YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib. O bildirib ki, Yeni Azərbaycan Partiyası yeni dönəmin çağırışlarına uyğun müəyyənləşdirilmiş hədəflərə nail olmaq üçün məqsədyönlü fəaliyyət həyata keçirmək əzmindədir.
Seçki qərargahının üzvləri Rizvan Mikayıllı, Xurşud Zamanova, Pərviz Məmmədov, bələdiyyə üzvlüyünə namizədlər Gültəkin Nəzərova, Anar Umudəliyev, Ruslan Seyidov, Mahnur Ömərova, Gülnarə Dadaşova, Gülnar Hidayətova, Anar İsmayılov, Ədalət Quliyeva və Nargilə Kərimova seçiciləri müasir Azərbaycanın vətəndaşlarının yüksək rifahı naminə ümumxalq partiyasının namizədlərinə səs verməyə çağırıblar. “İnanırıq ki, mingəçevirlilərin seçimi dəyişməz qalacaq və seçicilər yenə də ümumxalq partiyasına etimad göstərəcəklər”, - deyə vurğulanıb