YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

“İnam və etimadı layiqincə doğruldacağıq!”

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Culfa rayonu Milax, Saltaq və Bənəniyar bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Bələdiyyə üzvlüyünə namizədlər Niyaməddin Cəbiyev, Elşən Cəfərli, Xeybər Caməmmədov, Emin  Əliyev bildiriblər ki, ardıcıl xarakter daşıyan institusional islahatlar bütün sahələrdə davamlı yüksəlişi təmin edib, eyni zamanda bələdiyyə institutunun inkişafı üçün münbit zəmin formalaşdıraraq geniş imkanlar və yeni perspektivlər yaradıb.

Namizədlər seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıb, bələdiyyə üzvləri seçiləcəkləri təqdirdə onlara göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacaqlarına söz veriblər.

Seçicilər  Kərimə Məmmədova,  Firəngiz Hüseynli, Müşfiq Məmmədov və Sahilə Seyidova bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.