Seçki xəbərləri
Uğur simvolu
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xaçmaz rayonu Xudat, Yeni Həyat, Çarxı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Xaçmaz rayon təşkilatının məsləhətçisi Fazil Rəhmətov Azərbaycanın son illərdə dinamik bir inkişaf yolu keçdiyini və bu müddət ərzində böyük uğurlar əldə edildiyini vurğulayıb. O, yeni mərhələdə ölkəmizin qarşısında mühüm hədəflərin durduğunu diqqətə çatdırıb, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə milli məqsədlərin bundan sonra da uğurla reallaşdırılacağına inamını ifadə edib.
Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Amid Xanmətov, Siyavuş Qarayev, Cahangir Laçınov, Abdulla Naymanov, Akif Nöhbalayev, Həcər İskəndərova indiyədək bələdiyyələrin bir çox mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən əhalinin məşğulluğunun təmin olunmasına və sosial məsələlərin həllinə önəmli töhfələr verdiyini diqqətə çatdırıblar.
Seçicilər bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədlərin seçicilər ilə məhəllə görüşləri də keçirilib.