Seçki xəbərləri
Parlaq gələcəyə inanırıq!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yardımlı rayonu Hamarkənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov bildirib ki, təsis olunduğu vaxtdan bu günə kimi ölkədə keçirilən bütün seçkilərdə qalib olan Yeni Azərbaycan Partiyası qarşıdan gələn bələdiyyə seçkilərində də öz namizədlərini irəli sürərək geniş şəkildə təbliğat işi aparmaqdadır.
Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədlər Anar Aslan və Mirzə Mirzəyev aparılan islahatlardan və bu sahənin təkmilləşdirilməsindən geniş bəhs edib. Onlar bildiriblər ki, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliklərinin irəli sürülməsi həm də partiyanın onlara göstərdiyi yüksək diqqətdir.
Görüşlər zamanı seçicilər Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.