Seçki-2024
Tərəqqi yolunda əmin addımlarla…
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Göygöl rayonu, Göygöl və Çaykənd bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz möhtəşəm uğurlara imza ataraq öz qüdrətini daha da artırıb: “Bütün sahələri əhatə edən kompleks tədbirlər sosial-iqtisadi inkişafı sürətləndirib, əhalinin rifahının daha da yaxşılaşmasını təmin edib. Bu gün ölkəmiz tərəqqi yolunda əmin addımlarla irəliləyir”.
Seçki qərargahının üzvləri Dilarə Qazıyeva və Şəhriyar İsmayılzadə, bələdiyyə üzvlüyünə namizədlər Nazim Cahangirov, Sevinc Mustafayeva və Vaqif Sadıqov YAP-ın seçki proqramı barədə ətraflı məlumat veriblər. Onlar bələdiyyə seçkilərinin Yeni Azərbaycan Partiyasının növbəti mühüm siyasi nailiyyəti kimi tarixə düşəcəyini əminliklə söyləyiblər.
Seçicilər Gülnar Babayeva, İlham Əhmədov, Nuridə Əliyeva, Baris Aslanov, Habil Cabbarov və digərləri qələbələr partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.