YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP – yeni Zəfərə doğru!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Babək rayonu Sirab bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Babək rayon təşkilatı sədrinin müavini Elvin Əliyev bələdiyyə seçkiləri barədə iştirakçılara ətraflı məlumat verib. O, seçkilərin bələdiyyənin fəaliyyətində və yerli problemlərin həllində mühüm rol oynadığını qeyd edib.

Görüşdə çıxış edən seçki qərargahının üzvü Pərviz Hüseynzadə, bələdiyyə üzvlüyünə namizədlərdən Ülviyyə Mirzəyeva, Əsgər Paşayev, Nətavan Quliyeva və Firəngiz Həziyeva çıxış edərək bələdiyyə seçkilərində əhalini seçkidə fəal iştirak etməyə və partiya tərəfindən irəli sürülən namizədlərinə səs verməyə çağırıblar.

Qeyd edək ki,  Qahab bələdiyyəsi üzvlüyünə namizəd Kənan Həsənov da  məhəllə görüşü keçirib.

Babək rayon Nehrəm qəsəbəsindən namizəd Zahid Əhmədalıyevin kənddə məhəllə görüşləri keçirilib.