YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Yeni hədəflər üçün yeni seçkilər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 299-na təyin olunmuş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Quba rayonu Söhüb bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri  şəhid, kiçik gizir Fərid Alimovun ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülən işlərin göz qabağında olduğu bildirib. Qeyd olunub ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərqərar olunması görülən işlərin məntiqi nəticəsidir. Təşkilat sədri diqqətə çatdırıb ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Quba rayonunda da şəhid və qazi ailələrinə xüsusi qayğı ilə yanaşılır, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Quba rayonu Quba, Qəçrəş, Timiryazev-Alekseyevka, Vladimirovka, Çiçi-Zərqava, Qonaqkənd, Alpan, Birinci Nügədi, İkinci Nügədi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin də seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Allahverdi Xudaverdiyev, Həbib Sultanov, Firuz Əhmədov, Əfil Dadaşov, Həcəlbaba Sultanov, Vüqar Kərimov, Şahbaz Alxasov və digərləri yarandığı vaxtdan bütün seçkilərdə qələbələr qazanan YAP-ın bu seçkiləri də qalibiyyətlə başa vuracağını deyib, seçiciləri seçki məntəqələrinə gedərək YAP-ın namizədinə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər də 29 yanvar seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar. Onlar, həmçinin fikir və təkliflərini səsləndiriblər.