Seçki xəbərləri
YAP ölkəmizi yeni-yeni hədəflərə doğru aparır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tovuz rayonu Qəribli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Seçki qərargahının üzvü İlqar Kərimov, bələdiyyə üzvlüyünə namizədlər Ucal Oruczadə, Zahid Alıyev, Nazilə Bayramova, Firdovsi Həsənov ötən dövr ərzində əldə olunmuş uğurların qazanılmasında xalqın etimadını doğruldan YAP-ın müstəsna xidmətlərinin olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş YAP daim ölkəmizi inkişafa, tərəqqiyə, yeni-yeni hədəflərə doğru aparır. Artıq neçə ildir ki, Prezident, YAP Sədri İlham Əliyev bu missiyanı uğurla davam etdirir.
Öz növbəsində çıxış edən seçicilər 29 yanvar seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.