YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Yeni hədəflər gerçəkləşir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sabunçu rayonu, Bilgəh bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Sabunçu rayon təşkilatı sədrinin müavini Zülfüqar Cəfərov görüşdə  Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin ölkəmizin sosial-iqtisadi inkişafını təmin etdiyini bildirib. O, qarşıdan gələn bələdiyyə seçkilərinin önəmindən danışıb, YAP-ın namizədləri barədə seçicilərə məlumat verib. Bildirilib ki,  növbəti bələdiyyə seçkilərində iştirak edən partiyamız bu dəfə də seçicilərin dəstəyi ilə qarşısına qoyduğu hədəflərə çatacaq.

Görüşdə çıxış edən seçki qərargahının üzvü Samirə Mehtiyeva, bələdiyyə üzvlüyünə namizədlər Kamandar Zeynalov, Fatimə Rəsulova və Elyar İbadlı görüş iştirakçılarını seçkilərdə fəal iştirak edərək YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər  Mirhüseyn Rəsulov, Təhminə Mahmudova və başqaları bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini, YAP-ın namizədlərinə səs verəcəklərini deyiblər.

Qeyd edək ki, Sabunççu rayonunun Bakıxanov bələdiyyəsi üzrə namizədlər  İnsaf Qəmbərov,  Salman Məmmədov, Zabrat bələdiyyəsi üzrə namizədlər  Hikmət Alıyev, Rəhiməxanım Abbasova, Nailə Nəsirova, Maştağa bələdiyyəsi üzrə namizəd Cavid Kamilov, Bilgəh bələdiyyəsi üzrə namizədlər Kamandar Zeynalov, Fatimə Rəsulova seçicilərlə fərdi və məhəlli görüşləri də keçiriblər.