YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP uğurlar partiyasıdır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Balakən rayonu Talalar  bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP rayon təşkilatının sədr müavini Qurban Qaraisayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət, siyasi-iqtisadi islahatların şaxələndirilməsi nəticəsində Azərbaycanın nəinki regionun, bütövlükdə dünyanın ən sabit inkişaf tempinə malik dövlətləri sırasında yer aldığını ifadə edib. Bildirib ki, son 21 ildə Azərbaycan daxili və xarici siyasətdə böyük uğurlar qazanıb: “Bu uğurlar bir daha sübut etdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir”.

Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizəd Nurlan Əhmədov, partiya fəalı Renat Qarayev, kənd sakinləri Arif Həsənov, Fikrət İsayev ötən müddət ərzində bələdiyyələrin inkişafı istiqamətində mühüm addımların atıldığını, bir çox mühüm layihələrin həyata keçirildiyini vurğulayıblar.

Görüşlər zamanı seçicilər qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.