YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Seçicilərlə görüşlər yüksək əhval-ruhiyyə ilə keçir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gəncə şəhər Nizami bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP İdarə Heyətinin üzvləri - Milli Məclisin deputatı Pərvin Kərimzadə, və YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov görüşdəki çıxışlarında, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasətin ölkənin iqtisadi inkişafına və yeni tarixi reallıqların yaranmasına mühüm təsir etdiyini vurğulayıblar. Onlar qeyd ediblər ki, bu siyasət ölkəmizi gücləndirib və gələcək inkişaf perspektivlərini daha da möhkəmləndirib. Həmçinin, qarşıdan gələn bələdiyyə seçkilərinin böyük əhəmiyyət kəsb edir və Yeni Azərbaycan Partiyasının bu seçkilərdə müvəffəqiyyətli nəticələr əldə edəcəyinə inam böyükdür.

Seçki qərargahının üzvü Səbinə Əlizadə və bələdiyyə üzvlüyünə namizəd Sabir Əbdürrəhimov ölkəmizin davamlı inkişaf yolunda əmin addımlarla irəlilədiyini diqqətə çatdırıblar.

Seçicilər isə YAP-ın namizədlərinə səs verəcəklərini əminliklə söyləyiblər.

Qeyd edək ki, Gəncə şəhəri, Nizami bələdiyyəsi üzrə YAP-ın namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.