YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Qarşıda duran vəzifələr yerinə yetiriləcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Masallı rayonu, Bədəlan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrini özündə birləşdirir: “YAP, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, partiyamız bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq". 

Seçki qərargahının üzvü Məhbubə Şahbazova, bələdiyyə üzvlüyünə namizəd Əlişahin Mustafazadə YAP-ın seçki proqramı barədə ətraflı məlumat verib, bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi məqsədilə qarşıda mühüm vəzifələrin durduğunu diqqətə çatdırıblar. Onlar seçiciləri xalqımızın mənafeyi naminə YAP-ın namizədlərinə səs verməyə çağırıblar.