Seçki-2024
“Biz birlikdə güclüyük!”
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tərtər rayonu, Bəyimsarov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar kursu ölkəmizin inkişafına xidmət edir. Onun sözlərinə görə, bütün sahələri əhatə edən sistemli islahatların mühüm tərkib hissəsi kimi reallaşdırılan tədbirlər bələdiyyə institutunun təkmilləşməsinə də öz töhfəsini verməkdədir.
Seçki qərargahının üzvü Azər Ağayev və bələdiyyə üzvlüyünə namizəd Asif Alışanov YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər. Onlar seçiciləri bələdiyyə seçkilərində fəal iştirak edərək müasir, qalib və qüdrətli Azərbaycanın inkişafı naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar. “Biz birlikdə güclüyük!”, deyə vurğulanıb.