YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycan qüdrətli dövlətdir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Füzuli rayonu, Kərimbəyli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafı istiqamətində önəmli işlər gördüyünü və mühüm nailiyyətlərə imza atdığını deyib.

Seçki qərargahının üzvləri Sahimə Vəlişova və Tərlan Süleymanov, bələdiyyə üzvlüyünə namizədlər İlahə Cəfərova, Elşən Həsənov, Kamran Hacıyev və Elgün Məmmədovun çıxışlarında zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddət ərzində ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstəyin dayandığı vurğulanıb. Azərbaycanın bundan sonra da müstəqil siyasət yürüdən qüdrətli dövlət kimi inkişaf yolunda irəliləyəcəyinə əminlik ifadə olunub.