Seçki-2024
Vətəndaşların mənafeyi naminə…
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Astara rayonu, Şahağac bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov ölkəmizdə bələdiyyələrin fəaliyyəti və dövlət tərəfindən yerli özünüidaəetmə orqanlarının inkişafı istiqamətində görülən işlər barədə danışıb. O, bələdiyyələrin vətəndaşların mənafeyi naminə yerli əhəmiyyətli məsələlərin həllində fəal iştirakının önəmini vurğulayıb.
Seçki qərargahının üzvü Natiq İbadov, bələdiyyə üzvlüyünə namizədlər Rəna Əsədullayeva və Azər Mürsəlov Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında məlumat veriblər. Onlar hər kəsi seçkilərdə fəal iştirak edərək YAP-ın namizədlərinə səs verməyə çağırıblar.