YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

“Birlik, həmrəylik...”

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Beyləqan rayonu Yeni Mil və Milabad qəsəbəsi bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçdiyini söyləyib. Onun sözlərinə görə, YAP xalqın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verib və bu siyasət hazırda uğurla davam etdirilir.

Görüşdə çıxış edən seçki qərargahının üzvü Niyaməddin Əsgərov və bələdiyyə üzvlüyünə namizədlər Əhməd Məmmədov, Atabəy Babayev, Könül Vəliyeva, Günel Həsənova, Ayaz Quliyev və Novruz Quliyev bildiriblər ki, partiyanın müasir dövrün tələblərini özündə ehtiva edən seçki proqramında əsas hədəflər  açıqlanır. “Birlik, həmrəylik göstərərək bu hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür”.

Seçicilər Rza Qəhrəmanov, Mustafa Əliyev seçkilərdə yüksək fəallıq nümayiş etdirəcəklərini, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Beyləqan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədləri təşviqat mərhələsi çərçivəsində şəhid ailələrini də ziyarət ediblər.